Usta Mingəçevir İH-in damından yıxılaraq öldü

Mingəçevirdə 34 yaşlı usta hündürlükdən yıxılaraq ölüb.
AFN.az xəbər verir ki, Mingəçevir Rayon İcra Hakimiyyətinin binasının damında təmir işləri aparan 1991-ci il təvəllüdlü Emil Zakir oğlu Şükürov ehtiyatsızlıqdan yıxılıb.
Nəticədə o, hadisə yerində həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıb.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. (Qafqazinfo)
Mingəçevir Rayon İcra Hakimiyyətindən də hadisə ilə bağlı məlumatı təsdiqləyiblər: “Gənc oğlan idi, dostları da yanında idi. Binanın damından ehtiyatsızlıqdan yıxılaraq vəfat edib. Çox təəssüf edirik ki, belə bir hadisə baş verib”.