Makron: Avropa Ukraynanı tərk etməyəcək

Paris və Londonun Ukraynaya yardım göstərmək üçün yaratdığı istəklilər koalisiyası Avropanın Kiyevi tərk etməyəcəyinə işarədir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Fransa prezidenti bu bəyanatı Britaniya parlamentində çıxışı zamanı verib.
“Bu koalisiya avropalıların heç vaxt Ukraynanı tərk etməyəcəyinə dair siqnal oldu” - deyə Makron qeyd edib.
Onun sözlərinə görə, Fransa və Böyük Britaniya daimi sülhə nail olmaq üçün atəşkəsə və daha sonra danışıqlara başlamağa çalışacaqlar.