“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır


Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” bu dəfə fərqli formatda görüşünüzə gəlir.



“Şans Karvanı" adlı yay kampaniyası çərçivəsində ölkəmizin 30-dan çox şəhər və rayonunda böyük əyləncə və həyəcan dolu anlar yaşanacaq.



"Şans Karvanı"nın ilk istiqaməti şimal zonasınadır. 9 iyulda Siyəzəndən başlayacaq "Şans karvanı"nın növbəti tədbir nöqtələri Şabran, Xaçmaz, Quba və Qusarda olacaq.



Sizə yaxın bölgədəki tədbirə gələrək bir-birindən maraqlı “Beşdə 5”, “4+4” və “Super Keno” kimi tirajlı oyunlarda 1 000 000 manatadək qazanma şansı əldə edə bilərsiniz. Həmçinin karvan boyu musiqili və əyləncəli tədbirlərdə sizi bol-bol oyunlar və hədiyyələr gözləyir.



Ölkəmizi qarış-qarış dolaşacaq “Şans Karvanı” haqqında daha ətraflı məlumatı rəsmi internet səhifəmizdən və sosial media hesablarımızdan əldə edə bilərsiniz.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu