Ermənistanda zəlzələ olub, Azərbaycanın qərb rayonlarında hiss edilib

Ermənistanda zəlzələ olub.
AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, yeraltı təkanın maqnitudası 4,1, dərinliyi 6 km olub.
Zəlzələ Azərbaycanın Gədəbəy, Tovuz və digər həmsərhəd rayonlarında hiss edilib.