Moskvaya PUA hücumu edildi: “Eksposentr” dağıldı

Bu gün gecə saatlarında Moskvaya PUA hücumu olub.
AFN.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, PUA-lardan biri “Moskva-Siti” yaxınlığındakı “Eksposentr”ə çırpılıb. Hazırda Moskvadakı “Vnukovo” hava limanı da uçuşlara bağlanıb.
TASS-ın fövqəladə hallar xidmətindəki mənbəsinin məlumatına görə, dağılan pavilyonun sahəsi təxminən 30 kvadratmetr olub. Onun sözlərinə görə, binanın xarici divarı zədələnib.