Türkiyədə zəlzələ bölgəsində ən böyük konteyner şəhəri Kahramanmaraşda qurulub - FOTOLAR


Kahramanmaraşda fəlakət qurbanları üçün qurulan 57 futbol meydançası böyüklüyündəki konteyner şəhəri sona çatıb. Bütün konteynerlər sahəyə boşaldılır, infrastruktur işləri davam etdirilir.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraşda mənzil probleminin həlli üçün başladılan işlər müvafiq qurum və təşkilatlar tərəfindən aparılır. Bu çərçivədə Dulkadiroğlu mahalının Dərəli Məhəlləsində 429 min kvadratmetr sahədə qurulan konteyner şəhərciyində işlər sona çatıb.

İnfrastruktur işlərinin davam etdirildiyi, konteynerlərin quraşdırıldığı rayonda sosial sahələrlə yanaşı, uşaqlar üçün oyun meydançaları da salınacaq.
Bölgədə havaların isti keçməsinə baxmayaraq, komandalar 2900 konteynerin yerləşdirildiyi 57 futbol meydançası böyüklüyündə sahə hazırlamağa çalışırlar.

AFAD İl müdiri Tayfun Temur bildirib ki, 6 fevralda baş verən zəlzələlərdən sonra fəlakət qurbanlarının sığınacağı ilə bağlı səylər fasiləsiz davam edib.

Zəlzələdən zərər çəkmiş vilayətlər arasında ən böyük konteyner şəhərlərindən birinin Kahramanmaraşda qurulduğunu qeyd edən Temur, yaraların tez sağalması üçün əllərindən gələni etdiklərini deyib. Konteyner şəhərdə məscid, futbol meydançası, sosial obyektlər, camaşırxana kimi ərazilər də olacaq: "Hazırda Dərəli Məhəlləsində konteyner şəhərciyi tikilir. İşlər mərhələli şəkildə davam edir. Bəzilərini açmışıq. 2 min 900 konteynerlik ərazidə infrastruktur işləri davam edir. Gələn konteynerlərin hamısı gəlib. Mərhələləri açır və vətəndaşlarımızı köçürürük. Xidmətə verilən ərazidə cəmi 2700 vətəndaş yaşayır. İnfrastruktur işlərinin 85 faizi tamamlanıb. İnşallah, bu işlər bitdikdən sonra vətəndaşlarımızı ora yerləşdirməyi planlaşdırırıq".








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu