Şarlz Mişel Kaxovka SES-ə hücumdan şoka düşdüyünü bildirib


Avropa Şurasının rəhbəri Şarlz Mişel özünün Tvitter səhifəsində Kaxovka su elektrik stansiyasına (SES) misli görünməmiş hücumdan şoka düşdüyünü bildirib.


O, qeyd edib ki, mülki infrastrukturun məhv edilməsi “müharibə cinayəti kimi qiymətləndirilir” və əlavə edib ki, Aİ “Rusiyanı məsuliyyətə cəlb etmək” niyyətindədir.

Şarlz Mişel qeyd edib ki, SES-in dağıdılması ilə bağlı məsələ Avropa Şurasının iyunda keçiriləcək iclasında qaldırılacaq. Bundan əlavə, onun sözlərinə görə, Aİ Ukraynanın su basmış ərazilərinə əlavə yardım edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu