Kaxovska SES-in partladılması nəticəsində ölənlərin sayı 6-ya çatıb


Kaxovska su elektrik stansiyasının dağıdılması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.


AFN.az xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətinin sözçüsü RİA Novosti-yə bildirib.

Bildirilib ki, su basmış ərazidən 1939-cu il təvəllüdlü qadının meyiti tapılıb.

Bir gün əvvəl Novokaxovsk şəhər dairəsinin rəhbəri Vladimir Leontiev beş nəfərin öldüyünü, onların hamısının çoban olduğunu bildirmişdi.

Novaya Kaxovkada suyun səviyyəsi iki metr azalaraq on metrə düşüb. 22 min ev su altında qalır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu