SEPAH zabitləri Belarusda


Rusiya hərbçilərinə təlim keçən və İranın kamikadze dronlarının uçuşunu koordinasiya edən bir qrup iranlı təlimatçı Belarusda görünüb.


AFN.az xəbər verir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, aralarında İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) zabitlərinin də olduğu bir qrup iranlı zabit Qomel vilayətinin Mikuliçi kəndində görünüb.
Belarus partizanlarının fikrincə, məhz onlar Kiyevdə və Ukraynanın digər vilayətlərində infrastruktur obyektlərinə “Şahed” dronlarının hücumlarını koordinasiya edirlər.
İranlı hərbçilərin Rusiya Milli Qvardiyaçıları və Federal Təhlükəsizlik Xidməti zabitlərinin ciddi mühafizəsi altında olduqları bildirilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu