İran-Pakistan sərhədində QANLI TOQQUŞMA

Bu gün İran-Pakistan sərhədində yerləşən Saravan sərhəd-keçid məntəqəsi yaxınlığında SEPAH-ın döyüşçüləri ilə naməlum silahlı qruplaşma üzvləri arasında şiddətli atışma olub.
Bu barədə İranın “Telegram” kanalları məlumat yayıblar.
Silahlı toqquşma nəticəsində SEPAH-ın dörd hərbçisi öldürülüb. Məlumatı İslam İnqilabı Keşikçiləri Korpusundan da təsdiqləyiblər.
Öldürülən iranlı hərbçilərin adları və rütbələri açıqlanıb.
Hələlik silahlı toqquşmanın hansı səbəbdən baş verdiyi bilinmir.
Mənbə: Tasnim