İranda SEPAH üzvləri güllələndi
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 3 üzvü naməlum şəxslər tərəfindən güllələnib.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Hadisə İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahedan şəhərində baş verib. Nəticədə 3 SEPAH üzvü hadisə yerində həlak olub. Onlara hücum edən şəxs avtomobildə olub və "Kalaşnikov" avtomatından atəş açıb.
Qeyd edək ki, bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki, təşkilatın kəşfiyyat bölməsinə rəhbərlik edən Əli Musəvi nümayişçilərlə polis arasında baş verən atışmada öldürülüb. Atışma zamanı ümumilikdə 19 nəfər həlak olub. Həm etirazçılar, həm də polis arasında çoxlu yaralananların olduğu da bildirilib.