İran dronlarının Ukraynaya hücumu hazırlanır
Rusiya yaxın vaxtlarda Moskvaya veriləcək İran dronlarından istifadə etməklə Ukraynanın hava hücumundan müdafiə sistemlərini kütləvi şəkildə iflic etməyi planlaşdırır.
AFN.az-ın məlumatına görə, Ukraynanın yüksək rütbəli təhlükəsizlik rəsmisi “Newsweek” jurnalına müsahibəsində bu barədə açıqlama verib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitskii bildirib ki, Rusiya tezliklə Tehrandan “Şahed 131” və “Şahed 136” dronlarının yeni partiyasını almağa hazırlaşır.
M.Vahidli