Ruslar Ukraynada musiqi altında döyüşəcək


Rusiya Müdafiə Nazirliyi Ukraynadakı döyüş bölgəsinə göndəriləcək musiqi alətlərinin Sankt-Peterburqda yığıldığını elan edib.


AFN.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə Qaqarinskoye bələdiyyəsinin administrasiyası məlumat yayıb.
Məlumatda qeyd edilir ki, musiqi alətləri mənəviyyat, birlik və qəhrəmanlıq işlərinə ruhlandırmaq məqsədilə xüsusi tapşırıqları yerinə yetirən səfərbər və hərbi qulluqçular üçün lazımdır. “Bayanlar, qarmonlar, akardeonlar, gitaralar, balalaykalar tələb olunur”.
Sakinlərə musiqi alətlərini Müdafiə Nazirliyinin Hərbi Tibb Muzeyinə, Artilleriya, Mühəndislik və Rabitə Korpusu Hərbi Tarixi Muzeyinə, yaxud Mərkəzi Dəniz Muzeyinə gətirmək təklif edilib. Alətlər ödənişsiz qəbul edilir.
Noyabrda Moskva meri Sergey Sobyanin moskvalılara Yeni il tədbirləri keçirməyi və əldə edilən gəlirləri “xüsusi əməliyyat” adlandırılan müharibənin dəstəklənməsinə sərf etmək təklifini irəli sürüb

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu