Covid-19-la bağlı YENİ FAKT - hazır qida məhsullarında günlərlə qala bilir


Britaniya Qida Standartları Agentliyi Covid virusunun hazır qida məhsullarında və qablaşdırmada günlərlə yaşaya biləcəyini açıqlayıb. Bununla belə, virusun istehlakçılara keçmə riskinin az olduğu vurğulanıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Qida Standartları Agentliyi (FSA) Covid-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 virusu ilə qidaların səthlərini və qablaşdırmalarını süni şəkildə yoluxduraraq araşdırma apardıqlarını açıqlayıb. Test edilən qidalar yuyulması çətin olan və ya bişməmiş istehlak edilən, tez-tez supermarket rəflərində və ya delikates piştaxtalarında açıq şəkildə satılan qidalardan seçilib. Bildirilir ki, infeksiyadan sonra ilk 24 saat ərzində virusun miqdarı əhəmiyyətli dərəcədə azaldı, lakin virus bir neçə gün ərzində bibər, çörəyin xarici səthi, vetçina və pendir kimi qidalarda aşkar edildi.

FSA-nın açıqlamasına görə, yoluxucu virus dilimlənmiş vetçina və pendir kimi yüksək doymuş yağ və yüksək proteinli qidalarda ən azı 7 gün sağ qalmağı bacarıb. Lakin zeytun və alma kimi qidalarda bioaktiv kimyəvi maddələr səbəbiylə virusun bir neçə dəqiqə yaşadığı bildirilir. Yumurtalı xəmir və ya şokolad məmulatlarında isə bu təsirin daha az olduğu, ona görə də virusun bir neçə saat yaşadığı qeyd edilib.

FSA səlahiyyətliləri araşdırmanın nəticələrini şərh edərkən bildirib ki, müxtəlif rütubət səviyyələrində həm soyudulmuş, həm də məişət şəraitində bəzi qidalar və qida qablaşdırma materialları yoluxucu virusu əhəmiyyətli bir müddət qoruya bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu