Alimlərdən TƏCİLİ XƏBƏRDARLIQ - Əgər sizdə bu əlamətlər varsa...
Elm dünyası ABŞ-dan aparılan araşdırmadan danışır... 16 ildir ki, "Zona"nı araşdıran alimlər infeksiyanın infarkt riskini artırdığı qənaətinə gəlib və ilk simptomu açıqlayıb
Tibbi ədəbiyyatda adı “Zona Zoster” kimi yazılan və qısaca “Zona” olaraq tanınan virus qaynaqlı infeksiyaya diqqət yetirən ABŞ mütəxəssisləri mühüm nəticələr əldə ediblər.
Musavat.com xəbər verir ki, dəridə yaranan səpkilərlə özünü göstərən infeksiyanın infarkt keçirmə riskini artırdığı açıqlanıb.
Tədqiqatçılar virusun damarların tıxanması və qan axınının məhdudlaşdırılması riskini artıra bilən iltihaba səbəb olduğu qənaətinə gəliblər. 200.000 insan üzərində təcrübə aparan alimlər 16 il ərzində xəstələri izləyib və onların insult keçirmə riskinin yüksəlib-yüksəlməməsi və ya "Zona"dan sonra ürək xəstəliyinə tutulma riskinin olub-olmamasını araşdırıb.
"Journal of American Heart Association"da dərc edilən araşdırmanın nəticələrindən belə məlum olub ki, infarkt keçirmə riski 12 il ərzində 30 faiz artıb.
"ZONA"NIN ƏLAMƏTLƏRİ HANSIDIR?
Virus aktivləşdikdə səpki, mədə pozuqluğu, baş ağrısı, qızdırma və titrəmə kimi simptomlara səbəb ola bilər.
Bu simptomlardan əvvəl adətən qızartı, qaşınma, uyuşma və ya ağrı kimi xəbərdarlıq əlamətləri olur. Dəridə ağrılı, yanma və qaşınma hissi yaradan maye ilə dolu qabarcıqlar əmələ gətirir.
Qeyd edək ki, uşaqlıq dövrünün yoluxucu xəstəliklərindən olan suçiçəyi sonrakı yaşlarda yenidən baş qaldıra bilər. "Varicella zoster" adlı virusun yaratdığı xəstəliyin yetkin adı "Zona" adlanır.
Suçiçəyi xəstəliyindən sonra varicella-zoster virusu gizli fazaya daxil olduqda müəyyən sinirlərdə yatmış vəziyyətdə gizlənir. Xarakterik "Zona" səpkiləri virusun gizləndiyi sinir hüceyrələri tərəfindən innervasiya edilən dəridə görünməyə başlayır.
Buna görə də, bədənin yalnız bir hissəsi və ya bir tərəfi səpməyə başlayır və bu səpkilər ən çox sinə, qarın, arxa və ya boyunda, bəzən isə üz və baş dərisində görünür.
"ZONA" YOLUXUCUDUR?
Zona suçiçəyi xəstəliyinə səbəb olan varicella zoster adlı virusun yaratdığı infeksion xəstəlikdir. Suçiçəyi infeksiyasından sonra bu törədici virus zamanla insanın sinir sistemində yerləşə və uzun illər qeyri-aktiv şəkildə yaşaya bilər.
Virus, xüsusən bədənin immun sisteminin zəiflədiyi dövrlərdə yenidən aktivləşir.
"Zona" yoluxucu deyil. Çünki ikinci dərəcəli xəstəlik hesab olunur. "Zola" suçiçəyinə qarşı peyvənd olunmamış uşaqlarda və əvvəllər heç vaxt suçiçəyi olmayan hamilə qadınlarda xəstəliy