Bakıda avtomobillə motosiklet toqquşub, ölən var


Bakıda avtomobillə motosiklet toqquşub, ölən var.


Hadisə fevralın 28-də paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Kənan Babayevin idarə etdiyi “KiA” markalı avtomobil hərəkətdə olan zaman qarşıdan gələn 1997-ci il təvəllüdlü Eldar Məmmədovun idarə etdiyi motosikletlə toqquşub. Nəticədə E.Məmmədov aldığı bədən xəsarətlərindən ölüb.

Faktla bağlı Cinayət Məclləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu