Ağdam sakinləri qələbəni qeyd edirlər
Ağdam rayonunda sakinlər Qarabağ müharibəsində qazanılan qələbəni qeyd edirlər.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Sakinlər gecə saatlarından başlayaraq Qarabağ zəfərini böyük coşqu ilə qarşılayıblar.
Küçələrə çıxan yürüş iştirakçıları Qarabağla, qələbə ilə bağlı şüarlar səsləndirirlər. Onlar avtomobillər və atlarla yürüş keçirirlər.
Hazırda bayram qələbəsi rayonun Heydər Əliyev Mərkəzinin qarşısında davam edir. Rayon camaatı bu Qarabağ zəfərinin sevincini onlara bəxş edən və yaşadan Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna sonsuz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda əks-hücum əməliyyatı ilə başladığı və bu gün Ermənistanın təslim olması ilə nəticələnən bəyanatın rəsmi şəkildə elan edilməsindən sonra respublikamızın şəhər və rayonlarında vətəndaşlar küçələrə çıxaraq bu tarixi günün sevincini birlikdə bölüşürlər.