Azərbaycan xalqı Qarabağ zəfərini qeyd edir
“Report” xəbər verir ki, Azərbaycan xalqının şənliyi gecə saatlarında başlayıb və hələ də davam edir.
Əllərində Azərbaycanın bayraqlarını, Ali Baş Komandan İlham Əliyevin portretlərini tutan, Qarabağ şüarları səsləndirən yüz minlərlə, milyonlarla insan coşqu hissi ilə müxtəlif istiqamətlərdə qələbə yürüşünə start veriblər. Ölkəmizin bütün şəhər və rayonlarında xalq yürüşü keçirilir. Vətəndaşlar müzəffər Azərbaycan Ordusuna, habelə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirirlər, növbəti dəfə həmrəyliklərini ifadə edirlər.
Tarixi gün respublikamızla yanaşı, digər ölkələrdə də qeyd edilir. Belə ki, dünyanın ayır-ayrı ölkələrində yaşayan həmvətənlərimiz təntənəli şəkildə Qarabağ zəfərini qeyd edirlər.