Xırdalanda iki uşağı maşınla vuran sürücü barədə QƏRAR VERİLDİ
Xırdalanda iki azyaşlını vuran sürücü barəsində həbs qətimkan tədbiri seçilib.
AFN.AZ APA-ya istinadla xəbər verir ki, yanvarın 23-də Xırdalan şəhəri ərazisində səki ilə hərəkət edən piyadalar - 2005-ci il təvəllüdlü Asu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı avtomobillə vurub onlara bədən xəsarətləri yetirməkdə təqsirli bilinən Cəmil Bəylərov məhkəmə qarşısına çıxarılıb. Abşeron rayon Məhkəməsinin qərarı ilə C.Bəylərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, məlum hadisə yanvarın 23-də saat 14 radələrində Xırdalan şəhəri ərazisində qeydə alınıb. Cəmil Bəylərovun idarə etdiyi Mercedes-Benz markalı, 99-KR-546 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək səki ilə hərəkət edən piyadalar - 2005-ci il təvəllüdlü Asu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı vurub. Xəsarət alan piyadalar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla hadisənin C.Bəylərov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, zərərçəkənlər orta məktəb şagirdləri olub.