Dağlıq Qarabağa sərmayə qoyan İran şirkətlərinin SİYAHISI
Zaur ƏLİYEV, dosent
Ermənistan hakimiyyəti işğal etdiyi Dağlıq Qarabağa hələ 1999-cu ildən etibarən xarici şirkətləri sərmayə yatırmağa cəlb edib. Amma bu şirkətlərin böyük əksəriyyəti Dağlıq Qarabağda rəsmi qeydiyyatdan keçməyib. Yalnız 24 xarici şirkət Dağlıq Qarabağa sərmayə yatırmaq üçün qeydiyyatdan keçib. Bu illər ərzində həmin şirkətlər Dağlıq Qarabağa 35 096 500 dollar civarında pul yatırıb. Nəticədə Qarabağda 1325 iş yeri açılıb.
Tehranla İrəvanı birləşdirən başlıca faktor Yaxın Şərqdə hər iki ölkənin maraqlarının strateji baxımdan uzlaşmasıdır. Yaxın Şərq ölkələrindəki erməni icmaları regionda baş verən etnik, dini, təriqət və məzhəb savaşlarında ən çox gəlir götürən, bu faciələrin miqyasına görə əməlli-başlı qazanclı çıxan böyük bir struktura malikdirlər. Çünki Ermənistanın əsas gəlir mənbəyi Yaxın Şərqdə gizli silah, narkotika və insan orqanlarının transplantasiyası sayəsində başa gəlir.
İranın “Part Saman Caal Ko” şirkəti ilə separatçı qurumun rəhbərliyi arasında imzalanan müqaviləyə əsasən, 1883-cü ildə Şuşada inşa olunmuş Gövhər Ağa məscidi (Yuxarı məscid) rekonstruksiya edilib.
Bütün bu maliyyə əməliyyatları İranın "Banke Melli İran”, "İran İslam Bankı”, "Keşavarazi Bankı”, "Ənsar Bank”, "Ayəndəh Bank”, "Banke Hekmətİranian”, "Banke Mellət”, "Banke Keshvəravazi”, "Banke Xalifəthijəmalad”, "Banke Saderat”, "Banke Sepah”, "Banke Tejaret”, "Banke Ghavamin”, "Banke Parsian”, "Banke Qharzolhasaneh Mehr”, "Banke Refah”, "Banke Pasargad”, "Banke Saman ATM”, "Banke Samen”, "Banke Sina”, "Banke Maskan”, "Banke Post”, "Banke Egthesade Novin”, "Banke Eqtesad Novin”, "Banke Touse Saderat” bankları tərəfindən həyata keçirilir. Bir də reallıq var. İranın 300-dən çox şirkətinin qondarma Dağlıq Qarabağ rejimi ilə olan isti münasibətlərinin səbəbləri nədir? Deməli, bu qədər şirkətin orada əməlli-başlı gəlir mənbəyi vardır.
Hazırda Ermənistanda qeydiyyatdan keçib Dağlıq Qarabağa sərmayə qoyan İran şirkətləri aşağıdakılardır:
“Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), “Kankar”(Seyid Nur Eyni), “Şərifli” (Rza Şərifi), “Süleymani” (İzzət Süleymanpur), “Arya Filiz Nab” (Rəsul Ənzari), Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), “Aftab” (Əzimi Əhmədpur), “Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), “Nüsrəti” (Rza Nüsrəti), “Pəyan-e Saderat” (Davud Cokar), “Vasif” (Məhəmməd Cəfərpur Vasif), “Firuznejat” (Əhməd Firuznejat), “Nəcəfzadə” (Nəcəfzadə), “Kaimifa” (Əbülfəz Mətləbzadə), “Turac” (Məhəmmədhüseyin Yusifzadə), “Armen” (Əli Qüdrəti), “Ava” (Vahik Ohancanyan), “Kraun” (Hamu Davudi), “Şölə” (Seyidəli Hüseyni), “Suas” (Hüseyn Şadi), “AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), “Nahid” (Möhsüm Fərşbaf), “Səba Saha” (Rza Nafəzi), “Petrocəm” (Cəlil Heydəri), “Derəxşan” (İsmayıl İbrahimi), “Şahsuvari” (Rza Şahsuvari), “İzorof” (Təhmuraz İmani), “Rizşin” (Əli Əzhəri), “Elivoud” (Hüseyn Şeybani), “Tirkaran” (Məhəmməd Ənsari), “Mələki” (Hüseyn Mələki), “Luba” (Əli Azad Əfruz), “Nardino” (Siyamək Boləndi), “Kultrom” (Səda Allahverdiyan), “Şadan” (Şəhruz Hüseyni), “Sunesar” (Nasir Ətayi), “Suzan” (Behruz Caznəgu), “Növcavan qardaşları” (Cavad Növcavan), “Tatyo” (Arlen Davudyan), “Şahinans” (Vahik Şahinans), “Roberto” (Rubik Minasyan), “Arbi” (Varuj Ayvazyan), “Şahbaz” (Məhəmmədrza Baqeri), “Kyudot” (Rəhim Ali), “Ambret” (Pərviz Nüsrəti), “Bir” (Hadi Purradi Gərgəri), “Kondal” (Əsğər Fədai), “Aypeks Nur” (Əfşin Nəsiri), “Miyad” (Yunes Rezayi Əqdəm), “Paknam” (İsa İmami), “Marlik” (Əli Nəsirli Livarcani), “Şahab Səhənd” (Cavad Rəhimi Namdar), “Ərcümənd” (Əlirza Ərcümənd), “Livarcan” (Möhsün Cənabiyye), “Silis Şen” (Seyid Əbülfəz Səlili), “Minamesa” (Məhəmməd Eslami), “Nadir” (Nadir Kərimiyan Siyahrud), “Rand” (Rəhman Behruzi), “Trakliyan” (Həmid Xorrəmi), “Didar” (Əlirza Həlimi Təbrizi), “General Oil” (İbrahim Dadaşi Fərxəndi), “Aştarak” (Məhəmməd Əli Əsğəri), “Necati” (Yusif Necati), “Alişan” (Serjik), “Hadi” (Rza Hadi), “Zakeri” (Mənuçehr Zakeri), “Apada” (Əlirza Firuzməndi), “Olaks” (Yusif Çaleş), “Alfapetrolium” (Harut Aslanyan), “Sanir” (Katuziyan), “Biga” (Jerj Qədimi), “Arm Oil” (Hernik Darqukasyan), “Motoşop” (Rafiq Qarqusyan), “Raymond” (Raymond Tarverdiyan), “Harmik motor” (Harmin Manaseryan), “Şin Ezgim” (Əmir Əzhəri), “Əndişeyi İraniyan” (Əli Əlicanduxt), “Tun tun” (Serj Əmirxanyan), “Zöhrabyan” (Zöhrabyan qardaşları) və “Edko” (Armen Xodobəxşiyan).