Rusiya MN: Dağlıq Qarabağda atəşkəs rejiminə riayət olunur
Dağlıq Qarabağda atəşkəs rejiminə bütün təmas xətti boyu riayət olunur.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən (MN) bildirilib.
Qeyd olunub ki, iki gün ərzində 725 nəfər Dağlıq Qarabağa qayıdıb.
Nazirlikdən onu da bildiriblər ki, noyabrın 10-dan etibarən Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri ilə sülhməramlı qüvvələrin və texnikanın daşınması üçün 140-dan çox uçuş həyata keçirilib.