Qarabağda 14 suriyalı və livanlı erməni öldürüldü


Rəsmi İrəvan Suriya və Livandan yaraqlıları Dağlıq Qarabağa gətirdiyini istədiyi qədər təkzib edə bilər.



AFN Milli.Az-a istinadən xəbər verir ki, lakin fakt budur ki, bu gün Beyrutdakı Surb İlya və Qriqor Lusavoriç kilsəsində "Qarabağda həlak olmuş ermənilərin ruhuna" dualar oxunub.

Eyni zamanda, Suriyanın Hələb şəhərinin Ceyde məhəlləsində yerləşən Qırx Əzabkeş kilsəsində də eyni ayin icra olunub.

Bu erməni kilsələrində "qarabağlı ermənilərə yardım üçün döyüşlərə yollanan və həlak olan ermənilər" anılıblar.

Son iki gündə Dağlıq Qarabağ münaqişəsi zonasındakı döyüşlərdə Ermənistan ordusunun sıralarında vuruşan 14 yaraqlı məhv edilib. Onlar Suriya və Livandan Dağlıq Qarabağa gətirilmiş ermənilər idilər.

Ermənistan Müdafiə Nazirliyinin xüsusi göstərişinə əsasən, Suriya və Livandan Dağlıq Qarabağa gətirilmiş erməni yaraqlılarının şəxsiyyətlərini təsdiqləyən sənədləri, telefonları və s. alınır.

Bu, həmin yaraqlıların həlak olacağı təqdirdə onların Ermənistan Müdafiə Nazirliyinin itkilər statistikasında əks olunmaması üçündür. Döyüşlərdə həlak olan yaraqlılar Ermənistan vətəndaşları olmadıqları üçün situasiya rəsmi İrəvana itkilərlə bağlı statistikanı azaltmağa, ölən yaraqlıları hesaba almamağa imkan verir.

Dağlıq Qarabağdakı ermənilərin hərbi birləşmələrinə və Ermənistanın Dağlıq Qarabağdakı hərbi hissələrinin şəxsi heyətinə isə suriyalı və livanlı erməni yaraqlıların cəsədlərinin ələ keçməməsi üçün "bütün müvafiq tədbirləri görmələri" əmri verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu