Medvedev Paşinyanı ələ saldı-




Yerevanda Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin (Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan) Hökumətlərarası Şurasının iclasında kuryoz hadisə baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, iclasda çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Dmitri Medvedevin üzünə baxaraq “başqa sual yoxdursa, biz keçə bilərik” deyib.

Medvedev gülərək “Yox. Hara keçək?” deyərək Paşinyanı çaşdırıb. Pərt olmuş erməni baş nazir “sənədlərin imzalanması proseduruna” cavabını verib. Tərəflər arasındakı dialoq iclas iştirakçılarının gülüşünə səbəb olub.

N. Paşinyan sosial şəbəkələrdə müzakirələrə gətirib çıxaran sözügedən hadisə ilə bağlı açıqlama yayıb: “Feysbuka girib görürəm ki, korrupsioner sistemin qalıqları sosial şəbəkələrdə bu qədər asanlıqla “fırtına” qopara biliblər. İclas zamanı mən də daxil olmaqla digər baş nazirlər kofe fasiləsi verəcəyimizi düşünürdük. Lakin müzakirələr planlaşdırdığımızdan çox, təxminən 3 saat davam etdi. Başa düşmürəm, bütün bunları aydınlaşdırmağa məcburam?”




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu