Nazarbayev Paşinyanı pərt elədi




Qazaxıstanın paytaxtı Nur-Sultanda Avrasiya İttifaqının yaranmasının 5 illiyi ilə bağlı üzv ölkə liderlərinin qatıldığı sammit davam edir.

Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, sammitə Ermənistan, Belarus, Qazaxıstan, Rusiya və Qırğızıstan liderləri qatılıblar.

Sammitdə Nursultan Nazarbayevə Avrasiya Ali İqtisadi Şurasının fəxri sədri adı verilib.

Nazarbayev isə təşkilatın yubileyi ilə bağlı üzv ölkələrin liderlərinə yubiley medallarının verilməsi barədə qərar qəbul edib.

Maraqıdır ki, Rusiya, Belarus və Qırğızıstan liderlərinə yubiley medalı verildiyi halda, Ermənistanın baş naziri Nikol Paşinyan ordenə layiq görülməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu