“Saat 16:00-da Respublika Meydanında çıxış edəcəyəm” – Paşinyan


Ermənistanın baş naziri Nikol Paşinyan yerli vaxtla saat 16:00-da Yerevandakı Respublika Meydanında çıxış edəcək.



AFN xəbər verir ki, bu barədə baş nazir şəxsi “Facebook” hesabında məlumat yayıb.

Xatırladaq ki, Ermənistanda hökumət əleyhinə iğtişaşlar davam edir.

Ermənistan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargahının baş nazir Nikol Paşinyanın istefa verməsini tələb edən bəyanatını şərh etməkdən boyun qaçırıb.

Bundan başqa, “RIA Novosti”nin məlumatına görə, Rusiyanın Yerevandakı səfirliyi də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının baş nazir N.Paşinyanı istefaya çağıran bəyanatını və hökumət başçısının bu qurumun rəisini istefaya göndərməsi qərarını şərh etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu