Hanoy sammitindən sonra Trampdan ilk açıqlama
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla keçirilən zirvə görüşündən sonra ilk açıqlamanı verib.
Qaynarinfo xəbər verir ki, mətbuat konfransı keçirən Tramp görüşün nəticəsiz qalmasının səbəbini açıqlayıb.
"Şimali Koreya sanksiyaların ləğvi barədə razılaşmanı imzalamağa hazır idi, lakin tamamilə deyil, ayrı-ayrı bölgələrdə nüvəsizləşməni həyata keçirmək istədikləri müəyyənləşdi. Görüş məhsuldar keçsə də, bu bizi qane etmədiyi üçün razılaşa bilmədik. Əməkdaşlığın davam etməsi üçün böyük potensial var", - deyə ABŞ rəhbəri bildirib.
Qeyd edək ki, Tramp və Kim 27-28 fevralda Vyetnamın paytaxtı Hanoyda 2-ci dəfə sammit keçiriblər.