Kim Çen In keçmiş xarici işlər nazirini edam edib?


Şimali Koreya lideri Kim Çen İn 2018-19-cu illərdə ABŞ-ın keçmiş prezidenti Donald Trampla sammit görüşlərində böyük rol oynamış keçmiş xarici işlər naziri Ri Yonq Honu vəzifəsindən uzaqlaşdırıb.


AFN.az-ın xəbərinə görə, bu barədə "Reuters" kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Ri Yong Ho 2019-cu ilin əvvəlində uğursuz Kim-Tramp Vyetnam sammitindən sonra Vaşinqtonla nüvəsizləşdirmə danışıqları dayandırıldığından bəri ictimaiyyətin diqqətindən kənarda qalıb. lakin Yaponiyanın "Yomiuri Shimbun" qəzeti adını açıqlamadığı mənbəyə istinadən onun keçən il edam edildiyini bildirib.

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətindən bildirilib ki, Ri “aradan çıxarılıb”, lakin onun edam edilib-edilmədiyi bəlli deyil.

"Onlar Ri-nin aradan götürülməsini təsdiq etdilər, lakin onun edamını yox" - parlamentin kəşfiyyat komitəsinin üzvü Yo Sanq-bum jurnalistlərə açıqlamasında deyib. Yo Sanq-bum həmçinin Şimali Koreyanın Böyük Britaniyadakı səfirliyində işləyən bir neçə başqa diplomatın da edam edildiyini bildirib.

Şimali Koreyanın dövlət mediasında Ri sonuncu dəfə 2020-ci ilin aprelində Kimin başçılıq etdiyi ali qərar qəbuledici orqan olan Dövlət İşləri Komissiyasından uzaqlaşdırılarkən xatırlanıb. Ondan bir neçə ay əvvəl isə o, aparıcı diplomat vəzifəsindən qovulmuşdu.

Qeyd edək ki, Ri mətbuat konfransı keçirərək Kim Çen İnin “real təkliflər” etdiyini, lakin Trampın daha çox güzəşt tələb etdiyini demişdi. Uğursuz Hanoy sammitində iştirak edən daha bir neçə Pxenyan rəsmisinin edam edilməsi ilə bağlı mətbuatda xəbərlər yayılmışdı, lakin onlardan bəziləri bir müddət sonra yenidən dövlət mediasında peyda oldu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu