Kim Çen İnin bacısı: “Sən ağzını yumsan yaxşıdır”


Şimali Koreya liderinin bacısı Cənubi Koreya prezidentinin nüvəsizləşdirmə müqabilində Pxenyana iqtisadi yardım təklifini rədd edib.



AFN bu barədə "Reuters"ə istinadən xəbər verir.

Xanım Kim Cənubi Koreya prezidenti Yoon Suk-Yulun təklifini "həqiqətən sadə və uşaqcasına” adlandırıb və onu rədd edərək deyib ki, o, Şimali Koreyanın şərəf və nüvə silahlarının iqtisadi əməkdaşlıq müqabilində satıla biləcəyini düşünürmü? "Heç kim öz taleyini qarğıdalı tortlarına dəyişməz", - əlavə edib.

Cənubi Koreyanın birləşmə naziri Kun Yunq-se xanım Kimin şərhlərini "hörmətsizlik və yersiz" adlandırıb.

Qeyd edilir ki, xanım Kim Şimali Koreyanın keçmiş lideri Kim Çen İlin kiçik qızı və hazırkı lider Kim Çen İnin kiçik bacısıdır və onun potensial varisi hesab olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu