Kim Çen İnin bacısı Cənubi Koreya prezidentini əbləh adlandırıb


Kim Çenin bacısı Cənubi Koreya prezidentini əbləh adlandırıb.


Kim Çjon Cənubi Koreyanın prezident administasiyası mənsublarını ağır şəkildə təhqir edərək onları əbləh, ölkə başçısı Yun Coku "Vaşinqtonun sadiq iti" adlandırıb. Bu barədə məlumatı Cənibi Koreyanın Yonhan agentliyi Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinə (MTA) istinadən yayıb. Bununla o, Pxenyana qarşı tətbiq edilən sanksiyalara etirazını bildirib. Şimali Koreya liderinin bacısı qeyd edib ki, rəsmi Seul Pxenyan əleyhinə "müstəqil" sanksiyaları məhz Vaşinqtona güvənərək tətbiq edib: "Bu iyrənc akt bir daha göstərir ki, cənibi koreyalı qruplaşma ABŞ-ın marionetkası və "sadiq köpəyidir". Mən hələ də başa düşmürəm ki, Cənibi Koreya əhalisi nəyə görə indiyədək "prezident "Yun Cok Yelyanın və onun digər əbləhlərinin varlığını passiv şəkildə izləyir və bu təhlükəli vəziyyətin davam etməsinə dözürlər" - deyə o, qəzəbini ifadə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu