“Azərsun Holdinq”in kollektivi “Ana harayı” abidəsini ziyarət edib




Fevralın 26-da “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal və şirkətlər qrupunun kollektivi Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib. Abidənin önünə əklil qoyub, tər çiçəklər düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.



Xatirladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən Xocalı şəhərinin dinc əhalisinə qarşı amansızlıqla divan tutulub. 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Körpə uşaqlara, qadın və qocalara qarşı törədilmiş bu faciəni xalqımız heç vaxt unutmayaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu