“Total” şirkətinin Venesueladakı hesabları donduruldu




Fransanın “Total” neft şirkətinin Venesuela filialının hesabları ABŞ-ın bu ölkəyə qarşı sanksiyaları nəticəsində dondurulub.

“Reuters” xəbər verir ki, bunu “Total”ın icraçı direktoru Patrik Puyanye bildirib.

Xatırladaq ki, yanvarın 29-da ABŞ Maliyyə Nazirliyi Venesuelanın PDVSA dövlət neft şirkətinə qarşı sanksiyalar tətbiq etdiklərini açıqlamışdı. Bununla yanaşı, ABŞ şirkətlərinin qazandıqları vəsaitləri Nikolas Maduro hökuməti üçün qapalı olan xüsusi hesablara köçürmələri şərtilə PDVSA ilə ticarət əlaqələrinə davam edə biləcəklərini bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu