Maduro mühacirət etmiş venesuelalıları ölkəyə qayıtmağa çağırıb


Venesuela prezidenti Nikolas Maduro xaricə mühacirət etmiş vətəndaşlarını ölkəyə qayıtmağa çağırıb.



Maduro dövlət televiziyasına verdiyi açıqlamada xaricdəki venesuelalı mühacirləri qorumaq və onlara kömək etmək üçün xüsusi layihə üzərində çalışdıqlarını bildirib.

ABŞ-ın ölkəsinə qarşı davam edən sanksiyalarını xatırladan Maduro, bütün iqtisadi embarqoların qaldırıldığı təqdirdə venesuelalıların ən gec bir il ərzində vətənlərinə qayıda biləcəyinə inandığını bildirib.

Xaricə köçən venesuelalılara müraciət edən Maduro, "Miqrantlar öz torpaqlarına qayıtmalıdırlar, ölkənin onlara ehtiyacı var. Vətənlərinə qayıdan qardaş və bacılarımız üçün əhatəli sosial proqramlar hazırlayırıq. Dünyanın müxtəlif yerlərində yaşayan venesuelalılar çox çətin iqtisadi şəraitdə yaşayırlar." deyə vurğulayıb.

Prezident Maduro bəyan edib ki, Venesuela xalqı ədalətsiz sanksiyalara məruz qaldığı üçün ölkəni tərk etmək məcburiyyətində qalıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu