Venesuela prezidenti ABŞ-ın sanksiya siyasətini tənqid edib
Venesuela prezidenti Nikolas Maduro Vaşinqtonun sanksiyalar siyasətini və ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin respublikaya mayeləşdirilmiş təbii qaz (LNG) ixracı üçün bir il müddətinə lisenziya verməsini tənqid edib.
"Qrinqolar nə təsəvvür edirdilər? Venesuela qrinqo koloniyasıdır, onların lisenziyalarına və icazələrinə ehtiyacı varmı? Xeyr, bu kifayətdir", – prezident "Venezola de Televisión" dövlət televiziya kanalında deyib.
Maduro qeyd edib ki, Venesuela LNG və neft məhsulları idxal etmək üçün ABŞ-ın icazəsinə ehtiyac duymur: "Biz sanksiyalardan azad olmalıyıq və Venesuela istənilən məhdudlaşdırıcı tədbirlərdən və onu müstəmləkəyə çevirmək cəhdlərindən tam müstəqilliyə nail olmalıdır".
ABŞ və müttəfiqləri Venesuelaya qarşı 930 birtərəfli məhdudlaşdırıcı tədbir görüb. Respublika iqtisadiyyatına ən çox zərbə vuran 2019-cu ildə dövlət neft-qaz şirkəti Petr leos de Venesuelaya qarşı tətbiq edilən sərt sanksiyalar, o cümlədən neft ixracına qadağa qoyulmasıdır. Venesuela ABŞ-ın neft sənayesinə tətbiq etdiyi sanksiyalardan 232 milyard dollardan çox itirib. Respublikaya məxsus 30 milyard dollar Qərb banklarında bloklanıb.