Türkiyədə qəzaya düşən azərbaycanlı tələbə öldü- Bu ay məzun olacaqdı




Ötən gün Türkiyənin Bilecik bölgəsində baş verən avtomobil qəzasında ağır yaralanan Azərbaycan vətəndaşı Mirsani Seyidov yerləşdirildiyi Düzce Xəstəxanasında bu gün vəfat edib.

Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

23 yaşlı M. Seyidov Bilecik Şeyh Edebali Universitetinin mühəndislik fakültəsinin tələbəsi olub. Bu gün universitet rektorluğu da gəncin ölümü ilə bağlı ailəsinə və yaxınlarına başsağlığı verib.

Məlum olub ki, M. Seyidovun məzun olmaq üçün cəmi bir imtahanı qalıbmış. O, fevralın 14-də sonuncu imtahanına girəcəkdi.

Xatırladaq ki, ötən gün Osmanlı-Bilecik yolu, Yenişəhər qovşağında azərbaycanlı S. Mirasovun idarə etdiyi avtomobillə avtobus toqquşub, 11 nəfər yaralanıb. Yaralılar hadisə yerinə gələn təcili yardım avtomobili ilə Bilecik Dövlət Xəstəxanasına çatdırılıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu