Bakcell və Premium Bank arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti və ölkənin ən nüfuzlu banklardan biri olan Premium Bank arasında əməkdaşlıq memorandumu imzalanıb.
Maliyyə və bank sektorunda “Bakcell”in ən böyük korporativ abunəçilərindən biri olan “Premium Bank”la imzalanmış sənəd tərəflər arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə qarşılıqlı fəaliyyətin təşkili və müxtəlif sahələrdə birgə layihələrin icra edilməsini nəzərdə tutur.
Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers və “Premium Bank”ın Müşahidə Şurasının sədri Elçin Əhmədov tərəfindən imzalanan əməkdaşlıq memorandumu çərçivəsində tərəflər telekommunikasiya və bank sahəsində birgə məhsul və xidmətərin təqdim olunması imkanlarını müzakirə ediblər.
Bakcell şirkəti hazırda müxtəlif sahələri təmsil edən 3500-dən artıq korporativ müştəriyə xidmət edir. Bakcell ölkə iqtisadiyyatının bir çox sektoru üzrə ən böyük korporativ telekommunikasiya xidmətlərinin təminatçısıdır. Şirkət Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri ən yüksək keyfiyyətli telekommunikasiya həlləri ilə təmin edir. “Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara mobil telekommunikasiya sahəsində istənilən növ xidməti göstərməyə hazırdır. Bakcell özünün korporativ abunəçilərinə təhlükəsiz və etibarlı rabitə təqdim etməklə daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərməklə ölkə iqtisadiyyatının və ümumi biznes sektorunun inkişafına töhfə verir.