Böyük Britaniya iqtisadiyyatı may ayında 0,1 faiz böyüyüb
Böyük Britaniya iqtisadiyyatı xidmət sektorundakı fəallığın artması hesabına may ayında 0,1 faiz böyümə nümayiş etdirib.
AFN.az xəbər verir ki, Böyük Britaniya Milli Statistika İdarəsi (ONS) may ayı üzrə artım göstəricilərini açıqlayıb.
Məlumata görə, martda 0,3 faiz böyüyən və apreldə 0,1 faiz kiçilən Böyük Britaniya iqtisadiyyatında may ayındakı 0,1 faizlik artımda xidmət sektorunun 0,3 faiz böyüməsi həlledici rol oynayıb, emal və tikinti sektorları isə mayda müvafiq olaraq 0,5 faiz və 0,8 faiz kiçilib.
Mart-may aylarını əhatə edən üçaylıq dövrdə iqtisadiyyat əvvəlki üç ayla müqayisədə 0,7 faiz böyüyüb və bu dövrdə də xidmət sektorundakı 0,7 faizlik artım müəyyənedici faktor olub.
Bu göstərici ilə Böyük Britaniya iqtisadiyyatı ardıcıl 6-cı rüb üzrə artım dinamikasını qoruyub saxlayıb.
ONS-in İqtisadi Statistika Direktoru Liz Makkeon göstəriciləri şərh edərkən iqtisadiyyatın üçaylıq dövrdə xidmət sektorunun liderliyi ilə güclü böyümə nümayiş etdirdiyini, buna qarşı elektrik enerjisi istehsalı, memarlıq və mühəndislik fəaliyyətlərində geriləmə müşahidə olunduğunu bildirib.
