ABŞ Konqresindən Tramp administrasiyasına Suriya ilə bağlı çağırış
ABŞ-ın hər iki partiyasından olan bir qrup konqresmen Prezident Donald Trampın administrasiyasına müraciət edərək, Suriyanın terrorizmin dövlət sponsorları (SST) siyahısından çıxarılmasını tələb edib.
AFN.az xəbər verir ki, bu barədə "The Hill" nəşri qanunvericilərin dövlət katibi Marko Rubioya ünvanladığı məktuba istinadən məlumat yayıb.
Məktubu demokrat senatorlar Cin Şahin, Elizabet Uorren və respublikaçı konqresmen Co Uilson imzalayıblar. Onlar bəyan ediblər ki, 2024-cü ilin sonunda Bəşər Əsəd rejimi devrildikdən sonra Əhməd əş-Şəraanın rəhbərlik etdiyi yeni hökumət daxili antiterror əməliyyatlarında ciddi tərəqqi nümayiş etdirib. Qanunvericilərin fikrincə, bu statusun ləğvi beynəlxalq şirkətlərin ölkənin bərpasına (vətəndaş müharibəsinin vurduğu ziyan 216 milyard dollar qiymətləndirilir) investisiya yatırmasına imkan verəcək.
Bununla belə, konqresmenlər Vaşinqtonun Dəməşqə təzyiqləri tamamilə dayandırmamasını, Rusiyanın ölkədəki hərbi mövcudluğunun azaldılması, kürd və dürzi icmaları ilə münasibətlərin tənzimlənməsi kimi şərtləri irəli sürməyə davam etməsini vacib sayırlar.

