Bolqarıstan ABŞ-a məxsus hərbi təyyarələrin ölkədən ayrıldığını elan edib
Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov Sofiyada yerləşdirilən ABŞ-a məxsus hərbi təyyarələrin ölkədən ayrıldığını bildirib.
AFN.az xəbər verir ki, Stoyanov mətbuata verdiyi açıqlamada Sofiyadakı "Vasil Levski" hava limanında yerləşdirilən ABŞ-a məxsus bütün hərbi təyyarələrin ölkəni tərk etdiyini qeyd edərək, "ABŞ təyyarələrinin Bolqarıstandakı missiyası başa çatdı" deyib.
Xatırladaq ki, Bolqarıstan hökuməti mayın 29-da qəbul etdiyi qərarla ABŞ-a məxsus 15 hərbi təyyarə və 500 nəfərlik texniki heyətin ölkədə qalma müddətini iyunun 30-na qədər uzatmışdı.



