KİV: Səudiyyə Ərəbistanı diplomatlarını Livandan çıxarıb


Səudiyyə Ərəbistanının Beyrut səfirliyindən bütün diplomatları, əməkdaşlarını və ailələrini hava qüvvələrinə məxsus təyyarə ilə ölkədən çıxardığı açıqlanıb.


Livan mətbuatının məlumatına görə, Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə Beyrut hava limanına eniş edib.

Səudiyyə Ərəbistanının Beyrut səfirliyində olan diplomatlar, işçilər və onların ailə üzvləri təyyarə ilə ölkədən çıxarılıb.

Oktyabrın 18-də Səudiyyə Ərəbistanı İsraillə cənub sərhədində gərginliyin yaşandığı Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu