ÜST: Hantavirus epidemiyası ilə bağlı vəziyyət sabitdir və sona yaxınlaşır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus hantavirus epidemiyası ilə bağlı vəziyyətin sabit olduğunu və epidemiyada sona yaxınlaşdığını bəyan edib.
AFN.az xəbər verir ki, Qebreyesus mövzu ilə bağlı "X" platformasındakı hesabından Niderland bayraqlı "MV Hondius" sərnişin gəmisində aşkar edilən hantavirus hallarına dair paylaşım edib.
Epidemiyanın başlanğıcında Cənubi Afrikada aşkar edilən 2 yoluxma halının bütün təmaslılarının izlənmə proseslərinin tamamlandığını və başqa bir yoluxmanın qeydə alınmadığını bildirən Qebreyesus "MV Hondius" heyəti də daxil olmaqla, İspaniya və Niderlanddakı hər kəsin karantin və təqib müddəti başa çatıb, iyunun 25-nə olan məlumata görə isə 30 təmaslı hələ də nəzarət altındadır ifadələrini işlədib.
Qebreyesus hantavirusla bağlı ümumi yoluxma sayının 13 nəfərdə qaldığına diqqət çəkərək, onlardan 3-nün ölümlə nəticələndiyini qeyd edib.
"Vəziyyət sabitdir və epidemiya sona yaxınlaşır" ifadəsinə yer verən Qebreyesus fəsadların aradan qaldırılmasında iştirak edən bütün ölkələrə əməkdaşlıqlarına görə təşəkkür edib.
