Ukrayna dronlarının Estoniya üzərindəki uçuşlarına görə məsuliyyət Rusiyanın üzərinə düşür - Rutte
NATO-nun baş katibi Mark Rutte Şimali Atlantika Alyansının Estoniya səmasında Ukraynaya məxsus pilotsuz uçuş aparatını ələ keçirməli olmasına görə məsuliyyəti Rusiyanın üzərinə qoyub.
AFN.az xəbər verir ki, Rutte bu barədə NATO xarici işlər nazirlərinin İsveçdə keçiriləcək görüşü ərəfəsində təşkil olunan mətbuat konfransında bildirib. "Dünən NATO Estoniya üzərində dron ələ keçirib. Bu, Ukrayna dronu idi, lakin Rusiyanın təcavüzü olmasaydı, o, orada olmazdı", - deyən baş katib, Rusiyanın guya NATO üçün əsas və birbaşa təhdid olduğunu iddia edib.
Qeyd edək ki, çərşənbə axşamı günü NATO missiyasının tərkibində fəaliyyət göstərən Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Estoniyanın cənubunda pilotsuz uçuş aparatını vurub. NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç həmin aparatın Ukrayna ərazisindən buraxıldığını təsdiqləyib.
