Çinin ən böyük aviaşirkətlərindən birinin sabiq rəhbəri həbs edildi
Çin Ali Xalq Prokurorluğu ölkənin ən böyük aviaşirkətlərindən biri olan "China Eastern Airlines"ın keçmiş rəhbəri Lyu Şaoyunun həbsi barədə qərar çıxarıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, sabiq rəhbər rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir. İstintaqın məlumatına görə, müxtəlif vaxtlarda həm "China Eastern Airlines", həm də "China Southern Airlines"ın idarə heyətinə rəhbərlik edən Şaoyun, maddi maraq qarşılığında qanunsuz imtiyazlar təmin edib.
2025-ci ilin iyunundan bəri istintaq altında olan Şaoyun, cari ilin yanvarında Çin Kommunist Partiyasından xaric edilib. Qeyd edək ki, Si Szinpinin hakimiyyətə gəlişindən sonra Çində korrupsiya ilə mübarizə kəskinləşib.
Xüsusilə 2026-2030-cu illəri əhatə edən 15-ci beşillik plan çərçivəsində dövlət sektorunda və iri korporasiyalarda bu növ tədbirlərin daha da sərtləşdirilməsi gözlənilir.



