ABŞ-da məktəbli qız kimi qeydiyyatdan keçən 28 yaşlı qadın saxlanılıb



ABŞ-ın Nyu-York şəhərində orta məktəb şagirdi olduğunu iddia edərək dərslərə qatılan 28 yaşlı qadının polis tərəfindən saxlanıldığı bildirilib. 

AFN.az xəbər verir ki, Nyu-York polisinin hazırladığı ittiham sənədinə əsasən, 28 yaşlı Keysi Klaassen aprelin 13-də özünü 16 yaşlı Şamara Raşad kimi təqdim edərək Bronks bölgəsindəki liseylərdən birinə qeydiyyatdan keçib.

Lakin məktəb direktorunun sosial şəbəkələrdə apardığı araşdırma zamanı Klaassenin fotosu olan bir profil aşkar edilib və saxta şagirdin əsl adı, eləcə də yaşı məlum olub.

Məktəb direktorunun bu faktla bağlı onunla üzləşməsinə baxmayaraq, Klaassen bir müddət 16 yaşında olduğu barədə iddiasını davam etdirib. Yalnız direktor ona sosial şəbəkə hesabının görüntülərini göstərdikdən sonra qadın həqiqəti etiraf etmək məcburiyyətində qalıb.

Məktəbdə iki həftə boyunca şagird kimi təhsil alan Klaassen bir dostunun onu daha çox dövlət yardımı ala bilməsi üçün şəxsiyyəti haqqında yalan danışmağa məcbur etdiyini müdafiə edib.

Hadisədən sonra aprelin 27-də saxlanılan Klaassen "başqasının şəxsiyyətini təqlid etmə və icazəsiz daxil olma" maddələri ilə ittiham olunub.

Hazırda faktla bağlı genişmiqyaslı araşdırma davam edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu