Terrasdan özünü atdı, yoldan keçən qadının üzərinə düşdü


Yaponiyada ticarət mərkəzinin terrasından özünü atan orta məktəb şagirdi yoldan keçən qadının üzərinə düşüb. Hadisə zamanı həm orta məktəb şagirdi, həm də yoldan keçən piyada ölüb.



Yaponiyanın Yokohama şəhərində ticarət mərkəzinin 12-ci mərtəbəsindəki terrasdan özünü atan 17 yaşlı orta məktəb şagirdi həmin vaxt yoldan keçən 32 yaşlı qadının üzərinə düşüb.

Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə çoxlu polis və sağlamlıq qrupları sövq edilib.

Hadisə zamanı ağır yaralanan iki nəfər xəstəxanaya aparılıb.

Bildirilib ki, intihar edən gənc və piyada xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu