İanə toplamaq üçün körpəsini zəhərləyən ana saxlanıldı


Avstraliyanın Kvinslend əyalətində izləyicilərindən ianə toplamaq üçün 1 yaşlı körpəsini dərmanla zəhərləyən sosial media fenomeni ana həbs edilib.


Avstraliya mətbuatında yer alan xəbərlərə görə, 34 yaşlı sosial media fenomeni körpəsinin ölümcül bir xəstəliklə mübarizə apardığını iddia edərək, sosial mediada böyük sıxıntı və ağrı içində olan körpəsinin şəkillərini və fotoşəkillərini paylaşaraq izləyicilərindən ianə istəyib.

2024-cü ilin oktyabrında körpə ciddi sağlamlıq problemi ilə xəstəxanaya yerləşdirildikdən sonra Brisben xəstəxanasının tibb işçiləri qadının cinayətini aşkar ediblər.

Səlahiyyətlilər körpəyə ötən il avqustun 6-dan oktyabrın 15-dək tibbi icazə olmadan bir neçə dərman verildiyini aşkar ediblər.

İzləyicilərindən ianə toplamaq üçün 1 yaşlı körpəni ona verdiyi dərmanla zəhərlədiyi aşkarlanan qadın polis tərəfindən saxlanılıb.

Bildirilib ki, qadın öz izləyicilərindən 37 min dollardan çox ianə toplayıb.

İşgəncə, zəhərlənmə, uşaqlara qarşı zorakılıq və dələduzluqda ittiham olunan qadının sabah məhkəmə qarşısına çıxacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu