Tramp: Ukrayna məsələsində Avropa ilə fikir ayrılıqlarımız var
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Avropa ölkələri arasında Ukrayna ilə bağlı fikir ayrılıqlarının hələ də davam etdiyini bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə jurnalistlərlə söhbətində danışıb. Tramp bu problemin NATO-dan daha çox konkret Avropa dövlətləri ilə yaşandığını vurğulayıb.
Lakin ABŞ prezidenti bu fikir ayrılıqlarının hansı detalları əhatə etdiyi barədə əlavə məlumat verməyib. O, yalnız onu qeyd edib ki, tərəflər arasında strateji yanaşma fərqləri mövcuddur və Vaşinqton öz maraqlarını qorumağa davam edəcək.
Xatırladaq ki, son vaxtlar Ağ Ev rəhbərliyi Avropa müttəfiqlərini Ukraynaya yardımla bağlı daha çox məsuliyyət bölüşməyə və hərbi xərcləri artırmağa çağırır. Bu açıqlama həmin gərginliyin hələ də tam aradan qalxmadığını göstərir.
