Tramp: Avropa Ukrayna üçün ABŞ-dan silah ala biləcək


Vaşinqton administrasiyası Avropa ölkələrinə Ukraynaya çatdırılmaq üçün Amerika hərbi-sənaye kompleksindən silah və digər məhsullar almağa icazə verəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

Qeyd edək ki, keçən həftə ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun Brüsseldə keçirilən iclasında deyib ki, gələcəkdə Kiyevə yardımın əsas hissəsi Vaşinqtondan yox, avropalılardan gəlməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu