Tramp jurnalisti "ilin iyrənc insanı" adlandırdı
ABŞ Prezidenti Donald Tramp jurnalist Kendis Ouensi kəskin tənqid edərək, onu "ilin iyrənc insanı" adlandırıb.
AFN.az xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib. Tramp jurnalistin ünvanına yazdığı tənqidi fikirləri ABŞ-ın məşhur "Time" jurnalının üz qabığı stilində hazırlanmış foto ilə müşayiət edib.
Prezidentin qəzəbinə səbəb jurnalistin Fransa prezidentinin xanımı Brijit Makronun "kişi olaraq doğulduğu" barədə iddiaları olub. "Onun Fransanın birinci xanımına hücumları nifrətə layiqdir. Hesab edirəm ki, onun İQ səviyyəsi hədsiz dərəcədə aşağıdır!" — deyə Tramp qeyd edib.
Trampın paylaşdığı saxta "Time" üz qabığında jurnalistin şəkli üzərində "Kendis Ouens yalan danışır, yalan danışır, yalan danışır", "zorakıları müdafiə edir" və digər təhqiramiz ifadələr yer alıb.
Qeyd edək ki, Kendis Ouens son vaxtlar öz çıxışlarında Fransa birinci xanımı ilə bağlı mübahisəli nəzəriyyələri mütəmadi olaraq gündəmə gətirirdi. Trampın bu reaksiyası beynəlxalq diplomatik etikaya sadiqlik və müttəfiq ölkənin rəhbərliyinə hörmət jesti kimi qiymətləndirilir.
