Tramp ABC və NBC-ni Demokratların “virtual silahı” adlandırdı


ABŞ prezidenti Donald Tramp yenidən ABC və NBC telekanallarını tənqid edərək onları Demokratlar Partiyasının “virtual silahı” adlandırıb.

AFN.az xəbər verir ki, o bu barədə "Truth Social"da yazıb.

“Xüsusilə ABC və NBC — fəlakətdir, Demokratlar Partiyasının virtual silahıdır. Onlar radikal solun lehinə qanunsuz kampaniya aparan qurum kimi qəbul edilməlidir”, — deyən Tramp həmin media subyektlərindən saxta xəbərlərin azaldılmasını tələb edib.

Xatırladaq ki, Tramp bundan əvvəl də ABC və NBC-nin yayım lisenziyalarının ləğvini dəstəklədiyini bildirmişdi. O, fikrini onunla əsaslandırmışdı ki, bu kanallar onu tənqid edir və Demokratlar Partiyasının maraqlarını təşviq edirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu