Tramp Obamanın ona səs verəcəyinə ümid edir


Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, keçmiş Amerika lideri Barak Obama Kamala Harrisə yox, ona səs verəcək.


Bu barədə o, "Truth" sosial sosial şəbəkə hesabında yazıb.

“Düşünürəm ki, Obama mənə səs verəcək, çünki Kamalanın son dərəcə aşağı intellektli bir insan olması onun xoşuna gəlmir” - deyə o, yazıb.

Oktyabrın 6-da Barak Obamanın Kamala Harrisin seçki kampaniyasına qatılacağı xəbəri yayılıb.

ABŞ-ın keçmiş prezidenti Obamanın ögey qardaşı Abonqo Malik bildirib ki, Barak Obama hələ də ölkəni idarə edir və Demokratlar Partiyasının namizədi Kamala Harris prezident seçkilərində qalib gələrsə, mühüm rol oynayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu